Oktyabrda 152 min nəfər xüsusi şərtlərlə pensiya alıb

  • Müəllif: Firuzə
  • 03 Noyabr 2026 10:48

2026-cı ilin oktyabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 963 nəfər olub.

Bu barədə Gununesi.info-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onların 116 561 nəfəri yaşa, 12 184 nəfəri əlilliyə, 23 218 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Gununesi.info