Xamenei ABŞ-la danışıqlar üçün hökumətə səlahiyyət verdi

  • Müəllif: Firuzə
  • 02 Noyabr 2026 19:54

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ABŞ-la danışıqlar prosesində hökumətə səlahiyyət verib.

Gununesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O, çətinlikləri danışıqlar yolu ilə həll etməyə çalışdıqlarını, Ali Rəhbərin bu sahədə hökumətə səlahiyyət verdiyini qeyd edib.

Pezeşkian “İranın təslim olmayacağını, qarşı tərəfin həddi aşan tələblərinin və yalanlarının qarşısında geri çəkilməyəcəyini” vurğulayıb.

Gununesi.info