
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 62 yaşlı Tahir Qurbanov saxlanılıb.
DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, o, vətəndaşları işə düzəltmək və digər vədlərlə aldadaraq onların 36 min manat pulunu ələ keçirib:
“Onun qanunsuz əməllərindən zərər görən başqa şəxslər olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər”, – deyə DİN-in məlumatında qeyd edilib.
Gununsesi.info