Bitum daşıyan yük maşını aşdı, maye yola dağıldı - Foto

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.

Qeyd olunub ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun “20 Yanvar” stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.