“20 Yanvar” metrostansiyası istiqamətində yolda yaranan məhdudiyyət aradan qaldırılıb - FOTOLAR - YENİLƏNİB

  • By Günel
  • 28 Sentyabr 2024 09:34

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük avtomobilinin aşması səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Gununsesi.info-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Gununsesi.info