Bakıda yolu keçən 7 yaşlı uşağı avtomobil vurub

  • By Günel
  • 28 Sentyabr 2024 09:09

Bakının Xətai rayonunda 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 2017-ci il təvəllüdlü Ə.B yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info