Premyer Liqa: “Sabah” “Sumqayıt”la heç-heçə edib

  • By Günel
  • 25 Yanvar 2025 21:54

Misli Premyer Liqasının XII turunda “Sabah” “Sumqayıt”la heç-heçə edib.

Gununsesi.info xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüşdə qol vurulmayıb və komandalar 1 xalla kifayətlənməli olub.

“Sabah” komandası 28 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Sumqayıt” isə 21 xalla 6-cı yerdədir.

Qeyd edək ki, XX turun daha əvvəl keçirilən görüşlərində “Zirə” “Şamaxı”nı 2:1, “Səbail” “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Tura sabah “Araz-Naxçıvan” – “Neftçi” və “Qarabağ” – “Turan Tovuz” görüşü ilə yekun vurulacaq.

Gununsesi.info