
Beyləqan rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili idarə etmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində Adil Mustafayev, Cahid Mustafayev, Sevinc Mustafayeva, Zeynəb Musatayeva, Rəvan Məhərrəmov, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib.
Xəstəxanadan əldə olunan məlumata görə, yaralıların həyatı təhlükələri yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info