İsveçdə atışma nəticəsində 3 nəfər ölüb

  • By Admin2
  • 30 Aprel 2025 10:00

İsveçin Uppsala şəhərində baş verən atışmada 3 nəfərin öldüyünü polis təsdiqləyib.

Gununsesi.info xarici KİV-ə istinadən bildirir ki, atışma şəhərin mərkəzində, Vaksala meydanına yaxın olan saç salonunda baş verib.

Məlumata görə, skuterlə qaçan atıcı tapılmayıb.

Zabitlər geniş ərazini mühasirəyə alıb və qətllə bağlı araşdırma aparılır.

Hadisə paytaxt Stokholmun şimalında yerləşən və universiteti ilə tanınan Uppsala şəhərinin küçələrinə böyük izdiham gətirən Walpurgis yaz festivalı ərəfəsində baş verib.

Orxan

Gununsesi.info