
Hazırda həbsdə olan Meydan TV-nin əməkdaşı Aytac Tapdıq nikaha daxil olmaq istəyir.
Gununsesi.info-nun xəbərinə görə, xanım jurnalist bunun üçün aidiyyatı quruma müraciət etsə də nigah hüququnun pozulduğunu bildirir.
“ Yanvardan etibarən nikah üçün ərizə ilə müraciət etsəm də, zəruri prosedurlardan keçməyimə şərait yaradılmır”.
Jurnalist daha sonra qeyd edir ki, təcridxana rəhbərliyinə etdiyi müraciətdən 2 ay keçdikdən sonra cavab alıb ki, istintaq ona evlənməyə icazə vermir.
Jurnalist hüququnun bərpası üçün məhkəməyə müraciət edəcəyini bildirib.
Günay
Gununsesi.info