Bələdiyyə 46 sənət əsərini səhvən zibilə atıb

  • By Günel
  • 29 Aprel 2025 14:43

Hollandiyanın Maaşorst bələdiyyəsi 46 sənət əsərinin, o cümlədən amerikalı pop sənətçisi Endi Uorhola aid bir əsərin də bələdiyyə binasındakı təmir işləri zamanı təsadüfən atıldığını açıqlayıb. İtkin işlərin ümumi dəyərinin 22 min avro dəyərində olduğu bildirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə trthaber.com məlumat yayıb.

Uorholun 1980-ci illərdə hazırladığı Hollandiya Kraliçası Beatrixin ipək ekranı bələdiyyənin kolleksiyasının yenidən təşkili zamanı səhvən “həcmli tullantılarla” birlikdə atılıb. Sözügedən əsər rəssamın xarakterik pop-art üslubunu əks etdirir.

Mütəxəssislər artıq itkin əşyaları tapmaq mümkün olmadığını bildirir.

Bildirilib ki, bələdiyyə binasında aparılan abadlıq işləri zamanı işlərin zirzəmidə mühafizəsiz saxlanılması, yerlərinin tez-tez dəyişdirilməsi, 2023-cü ildə baş verən su sızması nəticəsində zədələndiyi bildirilib.

İtkin düşdüyü bildirilən əsərlərdən sonra yerli polis araşdırmalara başlayıb. Lakin araşdırma zamanı məlum olub ki, bələdiyyə kifayət qədər çevik addım atmayıb.

Bu, Hollandiyada sənət əsərlərinin təsadüfən zibil qutusuna atılması ilə bağlı ilk hadisə deyil. 2024-cü ildə Lissedəki LAM Muzeyində bir lift texniki, fransız rəssamı Alexandre Lavetin iki boş pivə qutusundan ibarət əsərini  səhvən zibilə atmışdı.

Qutular zibil torbasından bütöv şəkildə çıxarılaraq yenidən sərgiyə qoyulmuşdu.

Günel Həsənova 

Gununsesi.info