Tramp Kamala Harrisin ərini işdən çıxarıb

  • By Admin2
  • 30 Aprel 2025 10:24

Tramp administrasiyası Holokost Memorial Muzeyinin direktorlar şurasının bir neçə üzvünü, o cümlədən Trampın prezidentliyə rəqibi Harrisin həyat yoldaşı Emhoffu vəzifəsindən uzaqlaşdırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev keçmiş prezident Co Bayden tərəfindən təyin edilmiş ABŞ Holokost Memorial Muzeyinə nəzarət edən şuranın bir neçə üzvünü vəzifəsindən kənarlaşdırıb.

Bu adlar arasında prezident Donald Trampın 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə rəqibi olan keçmiş vitse-prezident Kamala Harrisin əri Doug Emhoff da var idi.

Anonimlik şərti ilə Politico-ya danışan ABŞ rəsmisinin sözlərinə görə, Ağ Evdəki vakant vəzifələr üçün də müsahibələr keçirilir.

Doug Emhoff da məsələ ilə bağlı açıqlama verərək, “Bu gün öyrəndim ki, mən Amerika Birləşmiş Ştatlarının Holokost Anma Şurasındakı vəzifəmdən uzaqlaşdırıldım… İcazə verin, bunu açıq deyim: Holokostu xatırlama və təhsil heç vaxt siyasiləşdirilməməlidir”.

Emhoff belə bir vəziyyətin təhlükəli olduğuna diqqət çəkərək, faşistlər tərəfindən öldürülən altı milyon yəhudinin xatirəsini də ləkələdiyini və muzeyin qorunub saxlanması üçün yaradıldığını qeyd edib.

Orxan

Gununsesi.info