
Nigeriyada terror təşkilatları Boko Haram və İŞİD-in sıx şəkildə fəaliyyət göstərdiyi Borno əyalətində yola döşənmiş mina sərnişin avtobusu keçərkən partladılıb. Partlayış nəticəsində 26 nəfər həyatını itirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nigeriya mətbuatının verdiyi məlumata görə, adının açıqlanmasını istəməyən bir hərbi səlahiyyətli, Borno əyalətinin Rann-Gamboru Nqala magistral yoluna qoyulan minanın sərnişin avtobusu keçərkən partladığını bildirib.
Rəsmi bildirib ki, partlayış nəticəsində 26 nəfər ölüb, çoxlu sayda yaralı var.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmasa da, terror təşkilatları Boko Haram və ISWAP-ın bölgədə oxşar hücumlar təşkil etdiyi məlumdur.
Borno əyalətinin qubernatoru Babaqana Zulum aprelin 8-də verdiyi açıqlamada terror təşkilatı Boko Haram tərəfindən son zamanlar artan hücum və adam oğurluğuna işarə edərək, dövlətin təhlükəsizlik baxımından yenidən mövqelərini itirdiyini bildirib.
2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən Boko Haramın 2009-cu ildən bu yana həyata keçirdiyi kütləvi terror hücumlarında on minlərlə insan həyatını itirib.
Terror təşkilatı 2015-ci ildən bu yana ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar təşkil edib. Çanaq gölündə ən azı 2000 adam həyatını itirib.
Ölkədə baş verən terror aktları və münaqişələr səbəbindən yüz minlərlə insan miqrasiya etməyə məcbur olub.
Orxan