Türkiyədən FETÖ-yə qarşı əməliyyat: 31 nəfər saxlanıldı

Türkiyənin İzmir şəhərində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində keçirilən əməliyyatda 31 nəfər saxlanılıb, 10 şübhəlinin axtarışı isə davam edir.

Bu barədə Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, İzmir Respublika Baş Prokurorluğu tərəfindən FETÖ silahlı terror təşkilatına qarşı aparılan istintaqlar nəticəsində 41 nəfərin adı müəyyən edilib.

Onların “ByLock” adlı şifrəli rabitə proqramından istifadə etdiyi, təşkilat üzvü olduqlarına dair ifadələrin verildiyi, əldə olunan rəqəmsal materiallarda bu barədə sübutların olduğu bildirilib.

Həmçinin, həmin şəxslərin təşkilat daxilində hazırda da aktiv olduqları, bəzi ifadələrdə adlarının keçdiyi, fond topladıqları və sosial şəbəkələrdə təşkilatın rəhbərini tərifləyən paylaşımlar etdikləri də məlum olub.

Əməliyyat zamanı eyni zamanda 134 min 300 Türk Lirası, 300 ABŞ dolları, F seriyalı 1 ədəd 1 dollarlıq əsginas, 1 ədəd ov tüfəngi və çox sayda rəqəmsal material aşkarlanaraq müsadirə edilib.

Hazırda 10 şübhəlinin saxlanılması istiqamətində də əməliyyatlar davam etdirilir.

Şəbnəm

Gununsesi.info