Balaxanı qəsəbəsində sex yanıb - FOTO

  • By Günel
  • 30 Aprel 2025 09:00

Bakı şəhərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.

Qeyd olunub ki, güclü qara tüstü ilə müşahidə olunan hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

“Yanğın hadisəsi sexdə baş verib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb”, – deyə məlumatda bildirilir.

Gununsesi.info