
Macarıstan millət vəkilləri iki və ya üç uşağı olan qadınları gəlir vergisindən azad edən qanun layihəsini təsdiqləyiblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Macarıstan parlamenti doğum nisbətlərindəki azalma tendensiyasını aradan qaldırmağa yönəlmiş yeni qanun layihəsini qəbul edib.
Sözügedən qanun layihəsində iki və ya üç uşağı olan qadınların gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.
Baş nazir Viktor Orban hökuməti 2010-cu ildən bəri doğum nisbətlərini artırmaq məqsədilə dörd və ya daha çox uşağı olan qadınlar üçün vergidən azad olunma da daxil olmaqla bir sıra təşviqlər həyata keçirib.
Bu gün parlamentdə qəbul edilən qanun layihəsi ilə bu addımlar iki və ya üç uşaq sahibi olan qadınlara da şamil edilib.
Təsdiqlənən qanun layihəsində iki uşağı olan 40 yaşınadək qadınların gələn ildən ömürlük gəlir vergisindən azad ediləcəyi nəzərdə tutulur. Bu təcrübənin 2029-cu ilə qədər ən azı iki uşaq sahibi olan bütün anaları əhatə edəcək şəkildə genişləndirilməsi nəzərdə tutulur.
Orxan