
İsfahanda fabrikdə baş verən partlayış nəticəsində bir nəfər ölüb. Anbarda baş verən partlayışın səbəbinin araşdırıldığı açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranın İsfahan vilayətinin Şahinşəhr şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, İsfahan Valiliyinin Böhran İdarəetmə Baş direktoru Mensur Şişefuruş Şahinşəhr şəhərində baş verən partlayışla bağlı açıqlama verib.
Şişefuruş, partlayışın yerli vaxtla saat 10:30-da Şahinşəhrdəki bir fabrikin anbarında baş verdiyini və əraziyə təcili yardım qruplarının göndərildiyini bildirib.
Orxan