İsveçdə şəhərin mərkəzində atışma: ölənlər var

  • By Günel
  • 29 Aprel 2025 22:47

İsveçin Uppsala şəhərinin mərkəzində baş verən atışmada 3 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat İsveç polisindən verilib.

Məlumata görə, aprelin 29-u axşam saatlarında Vaksala meydanı yaxınlığında atışma səsləri eşidilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ölənlərin şəxsiyyətini müəyyənləşdirir və hadisənin başvermə şəraitini araşdırır.