
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri uzun dövlər qarşıdurma səviyyəsinə çatan iki ölkə arasındakı gərgin münasibətlərin qaydaya salınmasına dair fikirləri çoxaldıb.
Təbii ki, bu səfərin təşkilinə qədər Azərbaycan və İran arasında münasibətlərin normallaşdırılması üçün bir sıra qarşılıqlı addımlar atıldı.
Azərbaycanla İran arasında qarşıdurmanın yaşandığı dövrdə ölkəmizdə şiə təriqətinə etiqad göstərən, daha dəqiqi desək, “İmam Xamenei aşiqləri” ilə bağlı yaranmış vəziyyət də unudulmayıb.
Deputat Fazil Mustafaya qarşı İran tərəfindən təşkil edilən sui-qəsd cinayətindən sonra Azərbaycanda “Xamanei aşiqləri”nin həbsinin şahidi olduq.
İndi sual doğuran bir məsələ var:
İran Azərbaycan münasibətləri qaydasındadırsa, həbs edilən şəxslər azadlığa buraxılacaqmı?
Qeyd edək ki, Azərbaycanda 360-dan çox olduğu bildirilən siyasi məhbus siyahısında dindarların sayı çoxluq təşkil edir.
Hətta ABŞ Dövlət Departamenti başda olmaqla , dünyanın nüfuzlu insan haqları təşkilatları da Azərbaycanda dindarların həbsinə reaksiya verib.
Belə olan halda real cinayətkarlar istisna olmaqla, günahsız şəkildə həbs edilən inanclı şəxslərin azadlığa buraxılması təqdirəlayiq hal olardı.
Elmar
Gununsesi.info