Avstraliyada 6,8 bal gücündə zəlzələ oldu

  • By Günel
  • 30 Aprel 2025 08:08

Avstraliyanın Makkuari adasının sahillərində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb.

Zəlzələnin episentri Avstraliyanın tədqiqat donanmasının yerləşdiyi Makkuori-Aylend subarktik tədqiqat stansiyasının yerləşdiyi adanın təxminən 220 km qərbində yerləşib. Mənbə 10 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Gununsesi.info