
İngiltərənin paytaxtı Londonda elektrik transformatorunda yanğın baş verib. Yanğının yayıldığı binadan 80 nəfərin təxliyə edildiyi bildirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Londonda elektrik transformatorunda başlayan yanğının yayıldığı binadan 80 nəfər təxliyə edilib. 100-dən çox yanğınsöndürən yanğına müdaxilə edir.
İngiltərənin paytaxtı Londonda yanğınsöndürmə idarəsinin verdiyi açıqlamaya görə , yerli vaxtla saat 05.30 (Türkiyə vaxtı ilə 07.30) radələrində Maida Vale bölgəsindəki transformatorda yanğın baş verib.
Yanğınsöndürmə briqadaları şəhərin bir çox yerində görünən tüstüyə müdaxilə edərək transformatorun yanındakı binanın dam örtüyü də yandığı üçün təxliyyə ediblər.
Damı alovlanan binadan təxminən 80 nəfər təxliyə edilib, London Yanğınsöndürmə Qrupu 15 maşın və 100-dən çox şəxsi heyətlə cavab verib.
London yanğınsöndürmə briqadası sakinlərə pəncərə və qapıları bağlamağı tövsiyə edib və insanları ərazidən uzaq durmağa çağırıb.
Davam edən yanğının səbəbi hələ müəyyən edilməyib.
Qeyd edək ki, keçən ay Hitrou hava limanını enerji ilə təmin edən transformatorda yanğın baş vermiş və uçuşlar 24 saata yaxın dayandırılmışdı.
Orxan