
Avropanın ən böyük limanlarından biri olan Hamburq limanı kriminal fəaliyyət, xüsusilə narkotik ticarəti və korrupsiya ilə sarsılır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avropanın üçüncü ən böyük limanı olan Almaniyanın Hamburq limanı son illərdə kokain qaçaqmalçılığı və korrupsiya qalmaqalları səbəbiylə gündəmdədir. 2021-ci ildə limanda ələ keçirilən 16 ton kokain Avropada indiyə qədər həyata keçirilən ən böyük narkotik əməliyyatı kimi qeydə alınıb.
Ancaq bu əməliyyatdan sonra ortaya çıxan hadisələr təkcə narkotik alverini deyil, həm də dövlət daxilindəki korrupsiyanı üzə çıxardı.
“The Guardian” xəbər verir ki, əməliyyatın baş prokuroru Yaşar G. kokain alveri ilə məşğul olduğu iddia edilən dəstəyə məlumat sızdırmaqda və ayda 5 min avro müqabilində həbs olunacaq adları əvvəlcədən məlumatlandırmaqda ittiham olunur.
Hamburqda narkotik ticarəti təkcə kənardan gələn cinayətkar təşkilatlarla məhdudlaşmır. Bu qaçaqmalçılıq fəaliyyətlərində “daxili liman cinayətkarları” adlandırılan liman işçiləri, polis, yük maşını sürücüləri və mühafizəçilər də iştirak edirlər.
Nəhayət, iki liman işçisi 480 kilo kokainin daşınmasına kömək etdikləri və planı pozmaq istəyən işçini hədələdikləri üçün həbs cəzasına məhkum edildi.
Orxan