ABŞ Polşaya 1,33 milyard dollar dəyərində raket satır

  • By Admin2
  • 30 Aprel 2025 09:45

Birləşmiş Ştatlar 1,33 milyard dollar dəyərində 400 ədəd orta mənzilli hava-hava raketi və müvafiq dəstək avadanlığının satışını təsdiqlədiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən (DSCA) verilən açıqlamada, 1,33 milyard dollar dəyərində 400 ədəd orta mənzilli hava-hava raketinin satışının Polşanın müdafiə qabiliyyətini artıracağı, Polşa və NATO qüvvələrinin qorunmasına töhfə verəcəyi vurğulanıb.

Polşa gələn il ümumi daxili məhsulunun təxminən 5 faizini müdafiə xərclərinə ayırmağı planlaşdırır. Bu məqsəd ABŞ prezidenti Donald Trampın NATO üzvləri üçün müdafiə xərclərinin artırılması ilə bağlı uzun müddətdir səsləndirdiyi çağırışlara uyğundur.

Eyni zamanda, Ukraynaya hərbi yardımın böyük hissəsi Avropa İttifaqının üzvü və Ukraynanın güclü dəstəkçisi olan Polşa vasitəsilə həyata keçirilir.

Orxan

Gununsesi.info