Çində restoranda güclü yanğın, 22 ölü - Video

  • By Admin2
  • 29 Aprel 2025 13:45

Çinin şimal-şərqindəki Lyaonin əyalətində yerləşən restoranda güclü yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 22 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Çin Sədri Si Cinpin zərərçəkənlərə yardım göstərməklə əlaqədar tapşırıq verib.

Yanğının səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info