
Baku Medical Plaza olaraq Dubayda keçirilən Beynəlxalq Turizm Sərgisində ölkəmizi və səhiyyə sahəsindəki yüksək xidmət standartlarımızı təmsil etməkdən qürur duyuruq.
Bu beynəlxalq platformada iştirakımızın məqsədi – innovativ tibbi xidmətlərimizi, qabaqcıl texnoloji imkanlarımızı və pasiyent yönümlü yanaşmamızı daha geniş auditoriyaya təqdim etməkdir.
Sərgi çərçivəsində sağlamlıq turizmi üzrə tərəfdaşlıqlar qurmaq, yeni əməkdaşlıqlar və beynəlxalq layihələr üçün möhkəm zəmin yaratmaq istiqamətində mühüm addımlar atılır.
Baku Medical Plaza – sizin sağlamlığınız üçün qlobal üfüqlərdə!