
Ötən həftə Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra Pakistan və Hindistan arasında gərginlik artıb. Pakistanın müdafiə naziri Məhəmməd Asif bildirib ki, ölkəsi hər an Hindistan tərəfindən hücuma məruz qala bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ötən həftə Kəşmirdə Pakistan və Hindistanı qarşı-qarşıya gətirən, 26 nəfərin öldüyü hücumla Asiyanın iki nüvə dövləti arasında gərginlik artır.
İki ölkə sərhəddə atəş açmağa və bir-birinə sərt bəyanatlar verməyə davam edir. Pakistanın müdafiə naziri Məhəmməd Asif bildirib ki, Hindistan istənilən vaxt ölkəsinə hücum edə bilər:
“Hindistanın Pakistana hücum etmək və Pakistana hərbi müdaxilə etmək ehtimalı var. Bu, çox açıq və aydın bir ehtimaldır. Bu, istisna oluna bilməz. Biz tamamilə hazırıq, yüksək hazırlıq vəziyyətindəyik. Əgər hava məkanımız və ya quruda pozuntu olarsa, cavab verməyə hazırıq və Hindistan da cavab verəcəyik”.
Pakistanın müdafiə naziri də ölkəsinin nüvə silahından yalnız mövcudluğu təhlükə altında olduğu halda istifadə edəcəyini bildirib.
Orxan