AMB nümayəndə heyəti ABŞ-da maliyyə qurumları ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da səfərdə olub.

Gununsesi.info xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti J.P. Morgan Chase bankının İdarə Heyəti sədrinin müavini Daniel Zelikov və Citi Group şirkətinin idarəedici direktoru Georgi Yordanov ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycanda mövcud makroiqtisadi və maliyyə sabitliyi, tərəfdaşlıq imkanları və maliyyə institutları arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

 

 

Gununsesi.info