
Pakistanın Bəlucistan əyalətində yanacaq daşıyan tanker partlayıb. Partlayış nəticəsində 2 nəfər həyatını itirib, 56 nəfər yaralanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində sızan yanacaq tankerinin partlaması nəticəsində 2 nəfər ölüb, 56 nəfər yaralanıb .
Yerli polis məmuru Atta Ullah bildirib ki, Bəlucistanın Nauşki rayonunda yanacaq tankerində yanğın baş verib. Ullah yanğınsöndürənlərin müdaxiləsi zamanı tankerin partladığını, partlayış nəticəsində sürücü və avtomobilin ətrafındakı kütlədən bir nəfərin həyatını itirdiyini, yanğınsöndürənlər də daxil olmaqla 56 nəfərin yaralandığını qeyd edib.
Orxan