Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır

  • By Günel
  • 29 Aprel 2025 21:53

“İtaliya ilə yeni ticarət hədəfimizi 40 milyard dollar həcmində təyin etdik”.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-İtaliya İş Forumunda çıxışı zamanı məlumat verib.

Ölkə başçısı bildirib: “Ticarət, investisiya və nəqliyyat imkanları sahəsindəki böyük potensial bizi iddialı hədəflər qoymağa təşviq edir. Bu uğurda dəyərli iş adamlarımızın təşəbbüsləri də böyük rol oynayıb. Qarşıdakı dövrdə bu tərəfdaşlığı daha da yüksək səviyyələrə qaldıracağınıza ürəkdən inanıram”.

Gununsesi.info