İsrailin hücumu nəticəsində 5 fələstinli həlak oldu

İsrail ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 5 fələstinli həlak olub, bir neçə nəfər isə yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hava hücumu Qəzza şəhərinin şərqindəki Əl-Şücayyə məhəlləsindəki məktəb yaxınlığında baş verib.

Şahidlərin bildirdiyinə görə, hücum birbaşa mülki şəxsləri hədəfə alıb. Yaralanan şəxslər Qəzzadakı xəstəxanalara yerləşdirilib. Hadisə yerində axtarış-xilasetmə və dağıntıların aradan qaldırılması işləri davam etdirilir.

İsrailin pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirdiyi bu hücum, bölgədə elan olunan atəşkəsə baxmayaraq, mülki ərazilərə edilən hücumların davam etdiyini göstərir.

Fələstinli rəsmilər İsrailin beynəlxalq hüquqa zidd olaraq atəşkəsi pozduğunu və mülki infrastruktura hücumlarını davam etdirdiyini bildirirlər.

Onlar beynəlxalq ictimaiyyəti Qəzzada yaşayan mülki əhalinin qorunması və humanitar yardımların təmin edilməsi üçün daha təsirli tədbirlər görməyə çağırırlar.

Şəbnəm

Gununsesi.info