“Barselona” oyunu öncəsi “İnter”də ciddi itki

  • By Admin2
  • 29 Aprel 2025 13:41

“İnter” yaxın zamanda Benjamen Pavarın xidmətindən yararlana bilməyəcək.

Gununsesi.info xəbər verir ki, müdafiəçi həftəsonu “Roma” ilə keçirilən oyunda (0:1) sol topuq nahiyəsindən zədələnib.

“La Gazzetta dello Sport”un məlumatına görə, o, Çempionlar Liqasının “Barselona”ya qarşı ilk yarımfinal oyununda iştirak etməyəcək.

“Barselona” – “İnter” oyunu 30 aprel Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Gununsesi.info