
Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kəlküttə şəhərində hoteldə baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Gununsesi.info Hindistan mediasına istinadla xəbər verir ki, hadisə aprelin 29-da axşam saatlarına baş verib. Ölənlər arasında xilas olmaq üçün yuxarı mərtəbələrdən tullananlar da var. Yanğınsöndürənlər bir neçə nəfəri, o cümlədən terrasa sığınanları xilas edə biliblər. Hadisə yerində 14 meyit aşkarlanıb, axtarış işləri davam edir.
İlkin ehtimala görə yanğın mətbəxdə qaz sızmasından meydana gəlib.
Gununsesi.info