Yakutiyada mədən uçdu İki nəfər uçqun altında qaldı

  • By Günel
  • 12 İyun 2025 08:20

Yakutiyanın Oymyakon rayonunda mədəndə dağ süxuru uçub, ilkin məlumata görə, uçqun altında iki nəfər qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, uçqun “Sarılax” mədənində baş verib. Müəyyən edilib ki, 286 m səviyyəsində təmizləmə işləri aparılarkən dağ süxuru uçub.

Həmin səviyyədə 25 nəfər olub. Onlardan iki nəfəri uçqun altında qalıb.

Gununsesi.info