Türkiyədə 39 nəfər qidadan zəhərlənib

  • By Günel
  • 12 İyun 2025 08:16

Türkiyənin Amasya şəhərində 39 nəfər şənlik mərasimində qidadan zəhərlənib.

Bu barədə Gununsesi.info yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə ötən gün axşam saatlarında, Hacılar Meydanı Məhəlləsindəki evlərdən birində qeydə alınıb. Evdə təşkil edilən ziyafətə qatılan qonaqlara toyuq ətindən hazırlanmış yemək verilib. Onlar yeməkdən sonra özlərini pis hiss edərək ürəkbulanmadan, qarın ağrısından və qusmadan şikayətləniblər.

Zərərçəkənlər təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info