I Liqa: “Qəbələ” çempion oldu - "İmişli" və "Karvan" Premyer Liqaya vəsiqə qazandı

  • By Günel
  • 25 Aprel 2025 20:13

Futbol üzrə Azərbaycan I Liqasında çempion və Premyer Liqaya vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, XXII turda “Qəbələ” evdə MOİK-ə 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qolu 90+7-ci dəqiqədə penaltidən Elşad Tağıyev vurub. Bununla da xalını 58-ə çatdıran “Qəbələ” sona 4 tur qalmış çempionluğu rəsmiləşdirib.

“İmişli” və “Karvan” komandaları isə sona 4 tur qalmış elitaya vəsiqəni təmin ediblər.

XXIII tur qarşılaşmalarında onlar müvafiq olaraq, səfərdə “Zaqatala”nı və evdə “Cəbrayıl”ı eyni hesabla yeniblər – 2:0.

Hazırda “İmişli” 44 xalla 2-ci, “Karvan” 43 xalla 3-cü yerdə gedir. 4-cü pillədəki “Zaqatala”nın 28, 5-ci yerdə gedən MOİK-in 26 xalı var.

27 turdan ibarət çempionatın qalan oyunlarında uduzsalar belə, “İmişli” və “Karvan” ilk “3-lük”dən kənar qalmayacaq.

Gununsesi.info