Ağacları kəsib, təbiətə 13440 manat ziyan vurublar

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Şabran və Qusar rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Gununsesi.info-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd edilib ki, araşdırma zamanı Şabran rayonu Bakı-Quba avtomobil yolunun kənarında yerləşən “Bakı” ictimai-iaşə obyektinin ərazisində, eyni zamanda ona bitişik torpaq sahəsində və Qusar rayonu Mucuq kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı təbiətə 13440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.