Fransalı hakim Avropa Məhkəməsinin sədri seçildi - FOTO

  • By Admin2
  • 30 Aprel 2025 12:19

Dünən Avropa İnsan Hüquqları məhkəməsində sədr seçkisi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, bu posta Mattias Quyomar seçilib.

O, Marko Boşnjakın yerinə keçəcək və vəzifəsinin icrasına 2025-ci il mayın 30-da başlayacaq.

Qeyd edək ki, Mattias Quyomar 21 iyul 1968-ci ildə Fransanın Guerande şəhərində anadan olub.

O, həmçinin 1989-1991- ci illərdə Siyasi Araşdırmalar İnstitutunun (IEP) laureatı, 1996-1999-cı illərdə Konselin Məhkəmə Bölməsində məruzəçi, 1998-2020-ci illərdə Fransa Seçki Komissiyasının baş katibi, 1999-2002-ci illərdə Konsey Administrasiyasının Hüquqi Sənədlər və Koordinasiya Mərkəzinin direktoru, 2013-2020 Fransa İnzibati Elmlər İnstitutunun baş katibi, 2016-2020-ci illər  Məhkəmə Bölməsinin 10-cu Palatasının sədri, nəhayət, 22 iyun 2020-ci ildən Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi kimi vəzifələrdə işləyib.

Gununsesi.info