
İsrailin xeyrinə casusluq etməkdə və İnqilab Keşikçiləri Korpusunun komandirinin qətlində əli olmaqda ittiham olunan iranlının edam edildiyi açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu gün İranda İsrailin xeyrinə casusluqda və İsraillə əməkdaşlıqda günahkar bilinən iranlı edam edilib.
İran Ədliyyəsinə bağlı bir xəbər agentliyi olan Mizan tərəfindən yayılan xəbərdə edama məhkum edilən məhkumun kimliyi Möhsün Lanqarneşin olduğu açıqlanıb.
Lanqarneşinin 2022-ci ildə İnqilab Keşikçiləri Korpusunun komandirinə sui-qəsd də daxil olmaqla bir sıra insidentlərlə əlaqəsi olduğu iddia edilir.
ranın dövlət mediası bildirib ki, məhbus “casusluq etdiyi iki il ərzində terror əməliyyatlarını dəstəkləmək və (İnqilab Keşikçiləri Korpusunun komandiri) Sayad Xodainin qətli zamanı hadisə yerində olmaq da daxil olmaqla, mühüm hərəkətlərə görə məsuliyyət daşıyır”.
Dövlət mediası həmçinin məhbusun İsfahanda İranın Müdafiə Nazirliyinə bağlı sənaye mərkəzinə hücuma “əməliyyat dəstəyi” verdiyini iddia edib. Dövlət mediası Lanqarneşinin “günahını etiraf etdiyini” yazıb.
Orxan