BƏƏ-də yerləşən şirkət Türkiyədə süni zəkaya uyğun məlumat mərkəzi yaradacaq

  • By Admin2
  • 30 Aprel 2025 12:39

Birləşmiş Ərəb Əmirliklərində yerləşən Khazna Data Centers, Türkiyədə süni intellektə uyğun gələn məlumat mərkəzi yaratmağı planlaşdırdığını açıqladı.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,

Birləşmiş Ərəb Əmirliklərində yerləşən Khazna Data Centers Türkiyədə həyata keçirəcəyi yeni planını açıqlayıb.

Şirkət Ankarada süni intellektə uyğun məlumat mərkəzi qurmağı planlaşdırır.

Şirkətin dərc etdiyi bülletendə məlumat mərkəzinin tutumunun maksimum 100 meqavat (MVt) olacağı bildirilib. Bülletendə investisiyanın həcmi göstərilməyib.

Xəznə tərəfindən edilən press-relizdə, Ankaradakı yeni məlumat mərkəzinin süni intellektdən bulud və digər kritik tətbiqlərə qədər müxtəlif iş yüklərini qəbul etmək üçün çevikliklə dizayn edildiyi ifadə edildi.

Şirkətdən verilən açıqlamada, “Ankaradakı yeni məlumat mərkəzi, süni intellektdən bulud və digər kritik tətbiqlərə qədər müxtəlif iş yüklərini qəbul etmək üçün çevikliklə hazırlanmışdır” , – deyə bildirilib.

Orxan

Gununsesi.info

 

 

 

Orxan

Gununsesi.info