Tramp: Papa olmaq istərdim - FOTO

  • By Günel
  • 30 Aprel 2025 12:53

ABŞ prezidenti Donald Tramp, katoliklərin ruhani lideri Papa Fransiskin vəfatından sonra yeni Papanın kim olmasını istəyərsiniz sualına, “Mən Papa olmaq istərdim. Bu, mənim bir nömrəli seçimim olardı” deyib. ABŞ prezidentinin bu cavabı sosial şəbəkələrdə yayılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Tramp Miçiqan ştatına yola düşməzdən əvvəl Ağ Evin bağçasında mətbuatın suallarını cavablandırıb.

“Mən Papa olmaq istərdim”

Tramp müxbirin “Növbəti Papanın kim olmasını istəyirsiniz?” sualına belə cavab verib:

“Mən Papa olmaq istərdim. Bu, mənim bir nömrəli seçimim olardı. Bizim Nyu Yorkda çox yaxşı kardinalımız var, ona görə də, baxarıq nə olacağını görəcəyik”.
ABŞ prezidentinin zarafatcıl cavabı sosial mediada sürətlə yayılıb. Ağ Evin idarə etdiyi bəzi “X” hesabları isə Trampın sözügedən videosunu paylaşıb.

Bildiririk ki, Tramp adı birbaşa paylaşmasa da, onun Papalığa namizədliyində adı hallanan amerikalı kardinal Raymond Leo Burke ilə yaxın olduğu bildirilir.

72 resultados de imágenes, fotos de stock e ilustraciones libres de regalías para Cardinal burke | Shutterstock                                                  Raymond Leo Burke

Burke 2016-cı ildə Trampın “xristian dəyərlərini müdafiə edəcəyini və abortla mübarizə aparacağını” söyləyib.

Tramp və kardinal Burke aborta qarşılıq, immiqrasiya, ənənəvi ailə strukturları və LGBT hüquqları kimi məsələlərdə də ortaq fikirlərə malikdir.

Günel Həsənova

Gununsesi.info