Bir ayda ikinci ölüm: - ABŞ-də saxlanılan miqrant qadın öldü

  • By Admin2
  • 30 Aprel 2025 11:34

Fevral ayından ABŞ-da etibarlı immiqrasiya vizası olmadığı üçün saxlanılan haitili qadın saxlandığı təcridxanada dünyasını dəyişib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ -də Donald Tramp administrasiyası immiqrantlara təzyiqlərini artırdığı bir vaxtda İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan Haitili qadının həbsdə öldüyü açıqlanıb.

CBS News xəbər verir ki, ICE rəsmiləri 44 yaşlı Marie Ange Blaise-nin cümə axşamı Pompano Beach immiqrasiya təcridxanasında öldüyünü təsdiqləyib. ICE-nin bəyanatında qadının ölüm tarixi və vaxtının 25 aprel cümə günü yerli vaxtla saat 20:35-də olduğu bildirilir.

Qadının ölümü ilə bağlı araşdırmalara başlanılıb.

 

Orxan

Gununsesi.info