Dünya çempionatı: Türkiyə Ukraynanı məğlub etdi

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.

Gununsesi.info xəbər verir ki, Ukrayna və Türkiyə yığmaları C qrupunun oyununda üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qardaş ölkə təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Gununsesi.info