
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Gununsesi.info xəbər verir ki, toplantı Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
İclasın gündəliyinə Azərbaycanın Pakistan və Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə imzaladığı müqavilələrin təsdiqi, Məhkəmə-Hüquq Şurasının 20 illiyi ilə əlaqədar yubiley medalının təsis edilməsi haqqında qanun layihələri də daxil olmaqla ümumilikdə 13 məsələ daxil edilib.