Dünya çempionatı: Azərbaycan millisi ilk qələbəsini qazandı

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının daha bir matçı keçirilib.

Gununsesi.info xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında baş tutan görüş yığmamızın 4:0 hesablı qələbəsilə başa çatıb.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektivdə qolları 10-cu dəqiqədə Elvin Əlizadə, 11-ci dəqiqədə Mirmehdi Rzayev, 24-cü dəqiqədə Xətai Bağırov və 40-cı dəqiqədə Kamran Abdullazadə vurub.

Qeyd edək ki, Azərbaycan yığması ilk görüşdə Bəhreylə heç-heçə edib – 1:1. Beləliklə, Elşad Quliyevin baş məşqçi olduğu komanda xallarını 4-ə çatdıraraq, qrup lideri olub. Günün digər matçında Bəhreynə 2:0 hesabı ilə qalib gələn Mavritaniya da eyni xalla 2-ci yerdə gedir. Bəhreyn və Sloveniya isə hərəyə 1 xalla 3-4-cü yerlərdə qərarlaşıb.

Gununsesi.info