
İran və ABŞ nümayəndələri arasında danışıqların beşinci raundu başa çatıb. Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, danışıqlarda irəliləyiş əldə olunub, lakin proses İranın nüvə proqramı ilə bağlı problemin yekun həllinə gətirib çıxarmayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə yazıb.
O, ümid etdiyini bildirib ki, “əsaslı və xoşməramlı razılığa” nail olmaq üçün “yaxın günlərdə qalan məsələlərə aydınlıq gətirmək” mümkün olacaq.
Xatırladaq ki, danışıqların beşinci raundu mayın 23-də Romada baş tutub. Oman danışıqlar prosesində vasitəçi kimi çıxış edir.
Romada İran və ABŞ arasında dolayı danışıqların beşinci raundu başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyinə istinadən məlumat verib.
Qeyd edək ki, danışıqlar Omanın Romadakı səfirliyində keçirilir.
Danışıqlara İran tərəfdən xarici işlər naziri Abbas Əraqçı, ABŞ-dən isə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.