
Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın ikinci mərhələsi aparılır.
Gununsesi.info xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev deyib.
Onun sözlərinə görə, artıq məlumatların toplanması başa çatıb və hazırda mütəxəssislər onu araşdırırlar.
Nazir əlavə edib ki, materiallar tədqiqatlar üçün Qazaxıstandadır.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.