
ABŞ prezidenti Tramp tərəfləri danışıqlara görə təbrik edərək, Rusiya ilə Ukrayna arasında böyük məhbus mübadiləsinin tamamlandığını bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial media platformasındakı hesabında Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.
Tramp Tvitter hesabında “Rusiya və Ukrayna arasında əsas məhbus mübadiləsi yenicə başa çatıb. Bu, tezliklə qüvvəyə minəcək. Hər iki tərəfi danışıqlara görə təbrik edirəm. Bu, böyük bir şeyə gətirib çıxara bilərmi?” ifadələrdən istifadə etdi.
Rusiya və Ukrayna İstanbulda keçirilən danışıqlarda hər biri 1000 hərbi əsiri azad etmək barədə razılığa gəliblər. Əgər bu baş versə, müharibənin ən böyük əsir mübadiləsi olacaq.
Orxan