
Qarabağ Universitetində bu il üçün plan yerlərinin sayı 28.5 faiz artırılaraq 1440-a çatdırılıb.
Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu addım regionun yüksək ixtisaslı kadrlara olan tələbatını ödəməyə yönəlib.