İsrail İrandan BMT-yə məktub: “Hücum olarsa, ABŞ məsuliyyət daşıyacaq”

Mətbuatda əksini tapan iddialardan sonra İranın xarici işlər naziri BMT-yə məktub göndərərək, İsrailin İrandakı nüvə obyektlərinə hücuma hazırlaşdığını gündəmə gətirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, mətbuatda ABŞ və İran arasında aparılan nüvə danışıqlarının nəticəsiz qalacağı təqdirdə İsrailin İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığı xəbərinin yayılmasından sonra İran mövzu ilə bağlı açıqlama verib.

İranın xarici işlər naziri Abbas Arakçi Birləşmiş Millətlər Təşkilatına (BMT) məktub yazaraq bildirib ki, İsrailin nüvə obyektlərinə hər hansı hücumu halında Tehran ABŞ-ı məsuliyyət daşıyacaq.

AFP xəbər agentliyinin məlumatına görə, Ərakçi bu gün dərc olunan məktubunda deyib:

“Biz inanırıq ki, sionist rejimin İran İslam Respublikasındakı nüvə obyektlərinə hər hansı hücumu halında, ABŞ hökuməti də bu işə qarışacaq və hüquqi məsuliyyət daşıyacaq”.

Orxan

Gununsesi.info