
Danimarka parlamenti 2040-cı ilə qədər pensiya yaşını 70-ə qaldıran qanun layihəsini qəbul etdiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Danimarka Parlamenti pensiya yaşını 2040-cı ilə qədər 70-ə qaldıran qanunu qəbul edib. Bu qərarla Danimarka Avropada ən yüksək pensiya yaşına malik ölkə olacaq. Danimarka 2006-cı ildən etibarən pensiya yaşını gözlənilən ömür uzunluğuna görə müəyyən edir və bu yaş həddini hər beş ildən bir yenidən nəzərdən keçirir.
Hazırda 67 olan qanuni pensiya yaşı 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a yüksələcək. Yeni nizamnaməyə əsasən, pensiya yaşı 1971-ci il yanvarın 1-də və ya ondan sonra doğulan hər kəs üçün 70 olacaq. Qanun dünən 81 “hə” və 21 “xeyr” səsi ilə təsdiqlənib.
Günel Həsənova